Xəbər axtarın

Son axtarış nəticələri:

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər SAXLANILDI

22.10.2026 13:51

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər SAXLANILDI

Oktyabrın 21-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 95, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 11 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Ümumi çəkisi 40,5 kiloqram olan narkotik vasitə və 400 ədəd güclü təsiredici xassəyə malik həb aşkarlanaraq götürülüb.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança və 3 tüfəng aşkarlanaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər də saxlanılıb.

 

Paylaş: