Xəbər axtarın

Son axtarış nəticələri:

Konsulluğumuzun qarşısında etiraz edənlər kimlərdir? – Aygün Muradxanlı ARAŞDIRIB - VİDEO

21.10.2026 16:17

Konsulluğumuzun qarşısında etiraz edənlər kimlərdir? – Aygün Muradxanlı ARAŞDIRIB - VİDEO
“Azərbaycan Prezidenti İlham Əliyev dünyada heç bir siyasi liderə göstərmədiyi hörməti hər zaman Rəcəb Tayyib Ərdoğana göstərib”.

Primeinfo.az xəbər verir ki, bu fikirləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” platformasında səsləndirib.

O, Azərbaycan və Türkiyə liderlərinin eyni avtomobildə hərəkət etdiyini xatırladıb və bunun dünya siyasi müstəvisində bir ilk olduğunu deyib.

“Bu – möhtəşəm qardaşlıq göstərisi idi. Yəni, bizim münasibətlərimiz o həddədir ki, biz artıq bir-birimizin ərazisində protokollarla deyil, eynən qardaşımızın ölkəsində olduğu kimi – rahat, səmimi, ev sahibliyi ortamında görüşürük. Bu cür münasibətin birdən-birə belə gərgin nöqtəyə gəlib yaxınlaşması böyük suallar yaradır. Şəxsən mən Türkiyə idarəetməsinə, siyasətinə bələd olan bir insan kimi çox yaxşı bilirəm ki, əgər Türkiyə hökuməti istəsəydi, İstanbulda Azərbaycan Baş Konsulluğunun qarşısına nəinki kimsə gələ bilərdi, heç ətrafından keçə bilməzdi”.

Maraqlı müzakirənin davamı “Qırmızı masa”da:

Paylaş: