Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən bugünkü görüşdə Ukrayna müharibəsinin dayandırılması, üçtərəfli danışıqların bərpası, Moskva ilə Vaşinqton arasında iqtisadi əməkdaşlıq və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Görüş zamanı ABŞ-yə dizel yanacağı tədarükü və amerikalı məhbusun azad edilməsi də diqqət çəkən məqamlar sırasında yer alıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında görüş başlayıb. Primeinfo.az xəbər verir ki, Putin-Uitkoff danışıqları Sankt-Peterburqda Konstantinov sarayında keçirilir. Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov danışıqlarda əsas mövzunun Ukrayna münaqişəsi olacağını bildirib.
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff Rusiyaya gedib. Primeinfo.az Rusiya mediasına istinadən xəbər verir ki, Pulkovo Beynəlxalq Hava Limanında amerikalı rəsmisini Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb. Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya yaxın vaxtlarda Prezident Vladimir Putinin Donald Trampın xüsusi elçiləri ilə görüşünü keçirməyi gözləyir.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner Moskvaya əvvəlcədən planlaşdırılan səfərlərini təxirə salıblar. Primeinfo.az APA-ya istinadən bildirir ki, qərar Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Kiyev və Avropa ölkələrinin mövqelərini dəqiqləşdirmək məqsədilə qəbul edilib. Mənbələrin bildirdiyinə görə, Uitkoff və Kuşner Ukrayna ilə Avropa ölkələrinin Rusiya tərəfinə təqdim ediləcək yeni vahid təklif üzərində razılığa gəlməyə hazır olub-olmadığını müəyyənləşdirənədək Moskvaya səfər etməyəcəklər.
Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfərə gəlib. Primeinfo.az xəbər verir ki, içərisində ABŞ nümayəndələrin olduğu güman edilən təyyarənin Vnukovo-2 hava limanına endiyi bildirilir. Rusiya KİV-i Uitkoff və Kuşnerin avtomobil korteji olduğu ehtimal edilən görüntülərini yayıb.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etməkdən çəkinir. Primeinfo.az xəbər verir ki, bu barədə “The Kyiv Independent” məlumatlı mənbəyə istinadən xəbər yayıb. “Ruslar onların Kiyevə səfər etməsini istəmir.
Türkiyəli jurnalist Çetiner Çetin İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən danışıqlar zamanı tərəflərin az qala əlbəyaxa dava edəcəklərini iddia edib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, tərəflər arasında kəskin münaqişə Hörmüz boğazı ətrafındakı vəziyyətə görə yaranıb. Məlumata görə, Uitkoff “boğazın istənilən şəraitdə açılmalı olduğunu” sərt şəkildə bəyan edib.
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff sabah İsrailə səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə iki İsrail rəsmisi “The Times of Israel”ə məlumat verib. Bildirilib ki, Uitkoff İsrailin Baş naziri Benyamin Netanyahu və İsrail ordusunun Baş qərargah rəisi Eyal Zamirlə görüşlər keçirəcək.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi planlaşdırırlar. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Səfərin planlaşdırılması hələ tamamlanmasa da, görüşün bu ay baş tuta biləcəyi bildirilir.