Xəbər axtarın

Son axtarış nəticələri:

Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb - VİDEO - YENİLƏNİB

05.09.2026 21:45

Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb - VİDEO - YENİLƏNİB

Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb.

Primeinfo.az xəbər verir ki,görüş Kremldə keçirilir.

Rusiya tərəfdən görüşdə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.

Kremlin mətbuat xidməti görüşün görüntülərini yayıb.

Putin amerikalı danışıqçılarla görüşdə müzakirə edəcəyi vəziyyəti mürəkkəb adlandırıb.

***
20:50

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ-lı iş adamı Cared Kuşner Moskvada Kremlə gəliblər.

Primeinfo.az TASS-a istinadən xəbər verir ki,Uitkoff və Kuşnerin olduğu avtomobil karvanını Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev müşayiət edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Prezident Vladimir Putin sentyabrın 5-də Moskvada səfərdə olan Uitkoff və Kuşnerlə görüş keçirəcək.

Paylaş: