
“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
Primeinfo.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin III turunda Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək.
Matçın baş hakimi ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas olacaq.
“Sabah” hazırda Liqa mərhələsində 3 xalla 22-ci, eyni xala malik qonaqlar 18-ci pillədə qərarlaşıb.