Xəbər axtarın

Son axtarış nəticələri:

ŞOK: Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib?

19.10.2026 11:07

ŞOK: Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib?

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvlərinin də şahid qismində dindirilməsi barədə xəbər vermişdik.

Primeinfo.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəsi bəlli olub.

Timur Mehdiyev istintaqa bildirib ki, atası bir sıra xəstəlikdən əziyyət çəkib, onun yaddaş pozğunluğu var.

“Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyinin, hansı hərəkət etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”, – deyə oğul Mehdiyev bildirib.

Xatırladaq ki, Ramiz Mehdiyev üç ağır cinayət üzrə ittiham olunur.

O, Cinayət Məcəlləsinin 278.1-ci — dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü — dövlətə xəyanət və 193-1.3.2-ci — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, çirkli pulların yuyulması maddələri ilə ittiham olunub.

R.Mehdiyev hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Paylaş: