
Bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 26 min 485 nikaha daxilolma və 13 min 278 boşanma halı qeydə alınıb.
Primeinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 3,9-a, boşanmaların sayı isə 2-dən 1,9-a enib.