Xəbər axtarın

Son axtarış nəticələri:

"Novaya Qazeta"nın baş redaktorunun evində axtarış aparılır

15.10.2026 15:16

"Novaya Qazeta"nın baş redaktorunun evində axtarış aparılır

“Novaya Qazeta” qəzetinin baş redaktoru Sergey Sokolovun evində axtarış aparılır.

Primeinfo.az xəbər verir ki, bu barədə qəzetin redaksiyası məlumat yayıb.

Bildirilib ki, axtarışdan sonra Sokolov İstintaq Komitəsinə aparılıb.

Qeyd olunub ki, “Novaya Qazeta”nın baş redaktoru Sergey Sokolovla əlaqə 15 oktyabrda saat 12:00 radələrində, Moskva ofisində keçirməsi planlaşdırılan redaksiya iclasından bir az əvvəl kəsilib, onun telefonları söndürülüb.

Qeyd edək ki, bu il sentyabrın əvvəlində Rusiya Ədliyyə Nazirliyi “Novaya Gazeta”nı xarici agentlərin reyestrinə daxil edib.

Paylaş: