Xəbər axtarın

Son axtarış nəticələri:

Fırtına ilə əlaqədar Bakı-İstanbul reyslərində hansı dəyişiklik var?

15.10.2026 12:39

Fırtına ilə əlaqədar Bakı-İstanbul reyslərində hansı dəyişiklik var?

Bakıdan İstanbula və əks istiqamətdə həyata keçirilən uçuşların cədvəlində hər hansı dəyişiklik yoxdur.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) sorğuya cavab olaraq bildirilib.

“Uçuşlar müəyyən edilmiş cədvəl üzrə həyata keçirilir”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində əlverişsiz hava şəraiti səbəbindən İstanbul Hava Limanına eniş edə bilməyən 43 təyyarə alternativ aerportlara yönləndirilib.

Paylaş: