Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə sel FƏLAKƏTİ: Ölənlərin sayı 2-yə çatdı - FOTO - VİDEO

15.10.2026 10:38

Türkiyədə sel FƏLAKƏTİ: Ölənlərin sayı 2-yə çatdı - FOTO - VİDEO

Türkiyənin İstanbul şəhərində güclü yağış və fırtına faciəyə səbəb olub.
Primeinfo.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Belə ki, güclü yağış və fırtına nəticəsində Fatih rayonunda su yığıntısında elektrik cərəyanının vurduğu 14 yaşlı M.İ. və Sarıyer rayonunda sel sularında yıxılaraq başını vuran 34 yaşlı S.Y. həyatını itirib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, İstanbulda  yağan güclü leysan nəticəsində bir sıra əraziləri su basıb, nəqliyyatda və gündəlik həyatda ciddi çətinliklər yaranıb.

Bəzi ərazilərdə torpaq sürüşməsi baş verib və ağaclar aşıb.

Paylaş: