
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Primeinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, namizədlər “Liverpul”un hücumçusu Bredli Barkola, “Brügge”nin futbolçusu Niko Tresoldi, “Barselona”nın vingeri Lamin Yamal və “Bavariya”nın hücumçusu Hari Keyndir.
Qalib UEFA-nın rəsmi saytında keçiriləcək azarkeş səsverməsinin nəticəsinə əsasən müəyyənləşəcək.