
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək.
Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, o, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək:
“Oktyabrın 15-də Bakıda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitinə qatılacaq.