Xəbər axtarın

Son axtarış nəticələri:

Gizlədilən külli miqdarda dərman aşkar edildi

13.10.2026 20:19

Gizlədilən külli miqdarda dərman aşkar edildi

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Primeinfo.az xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Məlumata görə, idarənin “Mazımqara” gömrük postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli təsvirlər müşahidə olunub.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən, keyfiyyəti məlum olmayan dörd karton qutuda qablaşdırılan külli miqdarda dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: