Xəbər axtarın

Son axtarış nəticələri:

Aİ-nin Rusiyanın hansı şirkətlərinə sanksiya tətbiq etdiyi məlum olub

12.10.2026 16:51

Aİ-nin Rusiyanın hansı şirkətlərinə sanksiya tətbiq etdiyi məlum olub

Avropa İttifaqı Rusiyadan təxminən 1600 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Primeinfo.az xəbər verir ki, Aİ-nin sanksiya siyahısına “GAZ” və “Nefaz” da avtomobil şirkətləri, Rusiyanın aparıcı raket və kosmik şirkətlər olan Kimyəvi Avtomatlaşdırma Dizayn Bürosu, Proton-Perm Motors və Birləşmiş Raket və Kosmik Korporasiya daxil edilib.

Bundan başqa Severnaya Verf, Zvezdoçka Gəmi Təmiri Mərkəzi, Sredne-Nevski və Kerçdəki Butoma Gəmi gəmiqayırma zavodları, Almaz, Rubin, Lazurit və Malaxit daxil olmaqla dəniz dizayn büroları və Krılov Dövlət Tədqiqat Mərkəzi, Jukovski İnstitutu, Çaplıgin Sibir Elmi Tədqiqat İnstitutu və “Nauka” Elmi İstehsalat Birliyi daxil olmaqla aviasiya institutları və müəssisələri, Birləşmiş Mühərrik Korporasiyasının törəmə müəssisələri – UEC-Perm Motors, UEC-Qaz Turbinləri, UEC-Service və digər sənaye müəssisələri, Mıtişi, Naro-Fominsk, Orsk və Ust-Katav Vaqon Zavodu və digər sənaye müəssisələri, “Odejda i Moda” kimi geyim fabrikləri və yüngül sənaye müəssisələri Aİ-nin sanksiyahısına daxil edilib.

Aİ tərəfindən qara siyahıya salınan fiziki şəxslər isə əsasən bu şirkətlərin rəhbərləri olub. Ayrı bir siyahıda isə Krım, Donbas, Xerson və Zoparojyedə Dövlət Dumasına seçkilərin iştirakçıları və Şimali Koreya ilə əməkdaşlıq etdiyi iddia olunan Samolet inşaat şirkəti yer alıb.

Qeyd edək ki, Aİ bu gün Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləyib.

Paylaş: