Xəbər axtarın

Son axtarış nəticələri:

Fikrət Yusifov: "Məktəblərdə hicab məsələsinə etirazlar İranın təxribatıdır" - VİDEO

13.10.2026 16:35

Fikrət Yusifov: "Məktəblərdə hicab məsələsinə etirazlar İranın təxribatıdır" - VİDEO

“İran əlini regionda bütün ölkələrə uzadır”.

Primeinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

O, Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli forması və müəllimlər üçün geyim qaydalarının tətbiqi ilə bağlı qərarlara qarşı baş qaldıran etirazlara fikir bildirib.

“İranın daxilində nə qədər sosial problemlər, gərginliklər olsa da, başqa ölkələrdə, o cümlədən Azərbaycanda təxribat xarakterli işlərə müəyyən pullar xərcləyir. Bu gün bizdə məktəblərdə baş verən olayları da İran maliyyələşdirir”.

Davamı “Qırmızı masa”da: 

Paylaş: