ABŞ-nin “Delta” aviaşirkətinin Nyu-Yorkdan Təl-Əvivə uçuş həyata keçirən təyyarəsində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı xəbər yayılıb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, anonim şəxsin bu barədə məlumat verməsindən sonra təyyarədə yoxlama aparılıb. Belə ki, məlumat daxil olduqdan sonra təyyarə Ben-Qurion hava limanının kənar uçuş-enmə zolağına yönləndirilib və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yoxlama aparılıb.
İsrailin şimalında, Livan sərhədi yaxınlığındakı Neot Mordexay ərazisində partlamamış sursatın detonasiya etməsi nəticəsində təxminən 12 turist xəsarət alıb. Primeinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
İsrail Müdafiə Ordusu HƏMAS-ın hərbi qanadının elit “Nuxba” bölməsinin tağım komandiri Hişam Camal Əbu Qalanın Qəzza zolağının cənubunda hava zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb. Primeinfo.az xəbər verir ki,bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zərbə Xan-Yunis şəhəri ərazisində endirilib.
Böyük Britaniya İsrail Şərqi Yerusəlimdəki Britaniya konsulluğunun bağlanması ilə bağlı qərarından geri çəkilməsə, İsrail diplomatlarını ölkədən çıxara bilər. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters“ dörd mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, İsrail sentyabrın 8-də Britaniyaya Şərqi Yerusəlimdəki konsulluğu 30 gün ərzində bağlamağı və diplomatlarını şəhərdən çıxarmağı tapşırıb.
İsrail hüquq-mühafizə orqanları Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən insidentin terror cəhdi olub-olmadığını araşdırır. Primeinfo.az xəbər verir ki, “Ynet”in mənbələrə istinadən yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının nəzərdən keçirdiyi əsas versiyalardan biri pilotlardan birinin təyyarəni qəsdən qəzaya uğratmağa cəhd göstərməsi və bunun terror motivli olması ehtimalıdır. Şübhəli pilotun dindirildiyi bildirilir.
İsrail İspaniyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İspaniyanın müvəqqəti işlər vəkili Fransiska Pedros İsrail XİN-in Siyasi-Strategiya Məsələləri İdarəsinin rəhbəri Gilad Koen tərəfindən qəbul edilib, diplomata irad bildirilib.
İsrail Suriyaya zərbələr endirməklə terrorizmlə mübarizə imkanlarını zəiflədir.
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Media İnkişafı Agentliyi kəskin və qeyri-adi xəbərdarlıqla çıxış edib. “Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları özlərini ölkədəki müxtəlif icmaların maraqlarını təmsil edən kütləvi informasiya vasitəsi kimi qələmə verməyə cəhd göstərirlər”, – deyə bəyanatda bildirilib.
Suriya İsrailin hücumlarına baxmayaraq, diplomatik normallaşma istiqamətində çalışır. Primeinfo.az “Al Arabiyya”ya istinadən xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani deyib. Onun sözlərinə görə, hücumlar hələ də davam edir.
İranın Ali Lideri Müctəba Xamneyi İslam ölkələrinin dövlət rəhbərlərinə və müsəlman icmalarına müraciət edərək ABŞ və İsrailə qarşı vahid cəbhədə birləşməyə çağırıb.