Xəbər axtarın

Son axtarış nəticələri:

Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"

12.10.2026 12:46

Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"

Bakı-Praqa marşrutu üzrə uçuşların sayı 14 % artacaq.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu “AZCON Holding”in icraçı direktoru Şahin Babayev Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, hava əlaqəsi iki ölkə arasında iqtisadi münasibətlərin gücləndirilməsi baxımından da eyni dərəcədə vacibdir:

“Azərbaycan Hava Yolları” QSC hazırda Bakı–Praqa marşrutu üzrə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirir. 2026-cı ildə uçuşların ümumi sayının 194-ə çatacağı gözlənilir ki, bu da 2025-ci illə müqayisədə 14 % çoxdur. Bu artım işgüzar səfərləri, turizmi və insanlar arasında daha sıx əlaqələri dəstəkləyir.

Biz həmçinin şəhər nəqliyyatı, o cümlədən metro infrastrukturu və sənaye həlləri sahələrində potensial əməkdaşlıq imkanları görürük. Mexanika mühəndisliyi, metal emalı və avadanlıq istehsalı üzrə ixtisaslaşmış Çexiya şirkətləri Azərbaycanın modernləşdirmə səylərinə dəyərli təcrübə qazandıra bilərlər”.

Paylaş: