Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya dünya bazarına bu qədər dizel buraxır - RƏSMİ

11.10.2026 13:15

Rusiya dünya bazarına bu qədər dizel buraxır - RƏSMİ

Rusiyadan dizel yanacağı ixracına qoyulan qadağa qismən aradan qaldırılıb.

Primeinfo.az xəbər verir ki,məlumat Rusiya hökumətinin açıqlamasında yer alıb: “Qərar Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında əldə edilən razılaşmalara uyğun olaraq qəbul edilib. Bu qərar 10 oktyabrda qüvvəyə minir və bu mərhələdə qlobal bazara 500.000 ton dizel yanacağının tədarükünə imkan verəcək”.

Qeyd olunur ki, neft şirkətləri Rusiya hökuməti ilə koordinasiyalı şəkildə xarici tərəfdaşlarla dizel yanacağı tədarükü müqavilələrinə başlayacaqlar.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak öz növbəsində bildirib ki, bu qərar Rusiya istehlakçılarının maraqlarına təsir göstərməyəcək: “Rusiyada dizel yanacağı yerli neft emalı zavodlarında Rusiya xam neftindən istehsal olunur. İstehsal həcmləri həm daxili bazarı, həm də müəyyən edilmiş həcmləri qlobal bazara tam şəkildə tədarük etməyə imkan verir”.

Paylaş: