Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya İran üzərindən uçuşlara qoyulan məhdudiyyətləri aradan qaldırıb

20.04.2026 19:55

Rusiya İran üzərindən uçuşlara qoyulan məhdudiyyətləri aradan qaldırıb

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi Birləşmiş Ərəb Əmirliklərinə və İran üzərindən uçuşlara qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Rosaviasiya, Nəqliyyat Nazirliyinin və Xarici İşlər Nazirliyinin mövqeyini nəzərə alaraq, Rusiya aviaşirkətlərinə BƏƏ-yə və BƏƏ-dən uçuşlar üçün bilet satışlarını dayandırmaq tövsiyələrini ləğv edib”, – nazirliyin açıqlamasında bildirilib.

Həmçinin, qeyd olunub ki, Rusiya aviaşirkətlərinin İran hava məkanı vasitəsilə uçuşlarına qoyulan məhdudiyyətlər də aradan qaldırılıb.

Paylaş: