
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə qəzəblənib və rəsmi Kiyevin Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri dayandırmasını gözləyir.
Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəsmilərindən biri “Axios” portalına məlumat verib.
Adının açıqlanmasını istəməyən amerikalı rəsminin sözlərinə görə, “Tramp həqiqətən də qəzəblidir”. O əlavə edib ki, ABŞ Prezidenti Zelenskinin Vaşinqtonun Kiyevə dəstəyini adi hal kimi qəbul etdiyini düşünür.
Qeyd olunub ki, cümə günü Rusiya ilə dizel yanacağına qarşı sanksiyaların ləğvi barədə razılaşma əldə edildikdən sonra da Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarının dayandırılmasına diqqət yetirir. ABŞ lideri hesab edir ki, bu zərbələr ölkəsində yanacağın qiymətinin artmasına səbəb olur.
“Axios”un yazdığına görə, Kiyevin bu cür hücumları Tramp ilə Zelenski arasındakı münasibətlərə də mənfi təsir göstərir.
Bundan əvvəl Tramp Rusiya və Ukraynanın “enerji atəşkəsi” barədə razılığa gəldiyini iddia edib. Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ Prezidenti Zelenskinin bu razılaşmaya əməl edəcəyini gözləyir.
Tramp oktyabrın 10-da bildirib ki, ABŞ dəfələrlə Zelenskidən Rusiyanın neft emalı zavodlarına zərbələr endirməməyi tələb edib, lakin Ukrayna Prezidenti bu çağırışlara məhəl qoymayıb.