Rusiyadan dizel yanacağı ixracına qoyulan qadağa qismən aradan qaldırılıb. Primeinfo.az xəbər verir ki,məlumat Rusiya hökumətinin açıqlamasında yer alıb: “Qərar Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında əldə edilən razılaşmalara uyğun olaraq qəbul edilib. Bu qərar 10 oktyabrda qüvvəyə minir və bu mərhələdə qlobal bazara 500.000 ton dizel yanacağının tədarükünə imkan verəcək”.
ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner yaxın iki həftə ərzində Rusiyaya səfər edə bilərlər. Primeinfo.az xəbər verir ki,bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları yaxın həftələrdə ikitərəfli münasibətlərdəki gərginlik yaradan məsələlərin (“qıcıqlandırıcı amillərin”) aradan qaldırılması üzrə növbəti görüşü keçirməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib. Görüşün nə vaxt keçiriləcəyi ilə bağlı sualı cavablandıran rusiyalı yüksək rütbəli diplomat “Yaxın həftələrdə planlaşdırılır”,-deyə cavab verib.
Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb.
İyulun 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Manilada keçirilən ASEAN nazirlər tədbirləri çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.