
2026-cı il sülh üzrə Nobel mükafatının qalibi məlum olub.
Primeinfo.az Nobelprize.org-a istinadən xəbər verir ki, 2026-cı il sülh üzrə Nobel mükafatı Navi Pilley verilib.
BMT-nin insan hüquqları üzrə ali komissarı olan Navi Pillay bu mükafata sülhün və beynəlxalq hüququn təşviqi istiqamətində göstərdiyi səylərə görə layiq görülüb.

Qeyd edək ki, Nobel Sülh mükafatının tarixində ən gənc laureat pakistanlı hüquq müdafiəçisi Malala Yusifzaydır. O, 2014-cü ildə 17 yaşında bu mükafata layiq görülüb. Ən yaşlı laureat isə 1995-ci ildə 86 yaşında Nobel Sülh mükafatını qazanan britaniyalı fizik Cozef Rotblatdır.