Xəbər axtarın

Son axtarış nəticələri:

"Formula 2" üzrə İrlandiyalı pilot birinci əsas yarışın qalibi olub - FOTO

25.09.2026 16:00

"Formula 2" üzrə İrlandiyalı pilot birinci əsas yarışın qalibi olub - FOTO

Formula 2 üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışa yekun vurulub.

Primeinfo.az xəbər verir ki, yarış saat 14:15-də başlayıb.

Yarışa ön sırada “Rodin Motorsport” komandasının pilotları başlayıblar. Aleks Dann birinci, Martinius Stenşorne ikinci sıradan mübarizəyə start verib.

Dann sonadək liderliyini qoruyub saxlayıb. O, finiş xəttini hamıdan öndə keçməyi bacarıb. Onun komanda yoldaşı isə yarışı ikinci bitirib.

Üçüncü pillənin sahibi “Dams Lukas Oil” komandasından Dino Beqanoviç olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

Paylaş: