Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: qadağa

15 yaşı tamam olmayanlara sosial şəbəkə qadağası qüvvəyə mindi

15 yaşı tamam olmayanlara sosial şəbəkə qadağası qüvvəyə mindi

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən yeni qaydalar qüvvəyə minib. Primeinfo.az xəbər verir ki,Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanan və oktyabrın 10-da Rəsmi Qəzetdə dərc olunan qaydalara əsasən, Türkiyədə yerli və xarici sosial şəbəkə platformaları 15 yaşını tamamlamayan şəxslərə xidmət göstərə bilməyəcək. Yaş təsdiqi “e-Devlet” sistemi vasitəsilə yaradılan xüsusi rəqəmsal təsdiq nişanı ilə həyata keçiriləcək.

İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib

İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib

İran heç vaxt ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək. Primeinfo.az xəbər verir ki,bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib. “(ABŞ Prezidenti Donald) Tramp dəfələrlə iddia edib ki, guya İranın nüvə obyektlərini məhv ediblər, lakin eyni zamanda və təkrar-təkrar bəyan edirlər ki, İranın nüvə silahı olmamalıdır və bu ziddiyyət bitmək bilmir”, – “Tasnim” agentliyi Abdullahinin sözlərindən sutat gətirib.

Rusiya dünya bazarına bu qədər dizel buraxır - RƏSMİ

Rusiya dünya bazarına bu qədər dizel buraxır - RƏSMİ

Rusiyadan dizel yanacağı ixracına qoyulan qadağa qismən aradan qaldırılıb. Primeinfo.az xəbər verir ki,məlumat Rusiya hökumətinin açıqlamasında yer alıb: “Qərar Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında əldə edilən razılaşmalara uyğun olaraq qəbul edilib. Bu qərar 10 oktyabrda qüvvəyə minir və bu mərhələdə qlobal bazara 500.000 ton dizel yanacağının tədarükünə imkan verəcək”.

Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU

Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU

Türkiyə Prezident Administrasiyası yanında Kibertəhlükəsizlik İdarəsi ölkədə uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini kəskin şəkildə məhdudlaşdıran normativ akt qəbul edib. Primeinfo.az xəbər verir ki, qərar noyabrın 1-dən etibarən qüvvəyə minəcək və bu barədə rəsmi “Resmi Gazete” bülletenində müvafiq sənəd dərc olunub. Yenilənmiş qaydalara əsasən, 15 yaşından kiçik şəxslərə sosial media platformalarından istifadə etmək tamamilə qadağan olunur.

Burada maşınların hərəkəti tamamilə qadağan ediləcək - FOTO

Burada maşınların hərəkəti tamamilə qadağan ediləcək - FOTO

İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənir.  Primeinfo.az xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb. Bildirilib ki, İçərişəhər qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətinin təşkilində dəyişikliklər ediləcək.

Pekində dronların istifadəsi qadağan ediləcək

Pekində dronların istifadəsi qadağan ediləcək

Yeni qaydalara əsasən, Pekin şəhəri hüdudları daxilində pilotsuz uçuş aparatlarının istifadəsi qadağan ediləcək. Primeinfo.az “Associated Press”ə istinadən xəbər verir ki,dronların istifadəsinə nəzarətin sərtləşdirilməsi çərçivəsində may ayında artıq bu cihazların satışına qadağa qüvvəyə minib, onlara sahib olmaqla bağlı qadağa isə noyabrın ortalarından etibarən tətbiq olunacaq. Qeyd olunur ki, Çin paytaxtının hakimiyyət orqanları təhlükəsizlik səbəblərini əsas gətirərək icazəsiz dron uçuşlarını qadağan edib və şəhərin inzibati ərazisini məhdudlaşdırılmış hava məkanı zonası elan edib.

Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu

Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycanda bir sıra tenderlərin qalibi olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulub. Primeinfo.az xəbər verir ki,buna səbəb onun dövlət büdcəsinə olan vergi borcları ilə bağlıdır. Məlumata əsasən, İnternational Supply And Constructıon Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsi və DSMF-yə ümumilikdə 23 min 837 manat vergi borcu yaranıb.

Türkiyə Rusiyaya gedən gəmiləri saxlayıb

Türkiyə Rusiyaya gedən gəmiləri saxlayıb

Türkiyə Qara dənizə gedən kommersiya gəmilərinin keçidini müvəqqəti olaraq məhdudlaşdırıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, bu qərar regionda gəmilərə qarşı hücumların artması fonunda qəbul edilib.

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya hökuməti benzin ixracına qoyulan qadağanı 2026-cı ilin sonunadək uzadacaq. Primeinfo.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib. “Qərara gəldik ki, benzinin ixracına qoyulan qadağa həm istehsalçılar, həm də qeyri-istehsalçılar üçün ilin sonunadək qüvvədə qalsın”, – deyə Novak bildirib.