Rusiya rəsmiləri Vladimir Putinlə üz-üzə görüşməzdən əvvəl mexaniki saatlar da daxil olmaqla, saatlarını təhvil verməlidirlər. Primeinfo.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan iki mənbə “Moskva xəbərləri”nə bildirib. Mənbələrdən biri nəşrə bildirib ki, telefonla görüşəı girmək uzun müddətdir qadağan edilib, indi isə siyahıya saatlar əlavə edilib.
Türkiyədə tütün məhsullarına qarşı sərt məhdudiyyətlərin tətbiqi müzakirə olunur. Primeinfo.az xəbər verir ki, hakim AKP partiyası 2040-cı ilə qədər tütün məhsullarından tam imtinanı nəzərdə tutan qanun layihəsi hazırlayıb. Hürriyet qəzetinin məlumatına görə, layihə çərçivəsində tütün məmulatlarının satışı, istehsalı və idxalı tam qadağan edilə bilər.
Bu gündən Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağandır.
“Çelsi” sabiq sahibi Roman Abramoviç dövründə maliyyə qaydalarını pozduğuna görə cəzalandırılıb. Primeinfo.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, müstəqil komissiya London klubunu 2011-2018-ci illərdə maliyyə hesabatlarında qeyri-dəqiqlik və qayda pozuntularına görə 10,75 milyon funt sterlinq məbləğində cərimələyib. Sanksiyalar çərçivəsində “Çelsi”yə 9 ay müddətinə akademiyaya yeni oyunçuların qeydiyyatı qadağan edilib.
İran qida məhsullarının ixracını qadağan edib. Primeinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, İranda istehsal edilən bütün növ qida məhsullarının ixracı növbəti xəbərdarlığa qədər qadağan edilib.
ABŞ Prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə süni intellekt şirkəti “Anthropic” arasında yaranan mübahisələrdən sonra bütün federal agentliklərə həmin şirkətin texnologiyasından istifadənin dərhal dayandırılması barədə göstəriş verib. Primeinfo.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada “Anthropic” şirkətini sərt tənqid edib. O bildirib ki, ABŞ “radikal solçu və hiyləgər” adlandırdığı bir şirkətin orduya müharibələrdə necə qalib gəlməyi diktə etməsinə icazə verməyəcək.
Reklamlarda uşaqların görüntüsü yalnız valideyn, yaxud onları əvəz edən şəxslərin razılığı ilə istifadə oluna bilər. Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan dəyişiklikdə qeyd olunub ki, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.
Fevral ayında Avstriyada keçirilməsi planlaşdırılan Yepiskoplar Şurasının toplantısında Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin də iştirakı gözlənilir. Lakin bütün ermənilərin katalikosunun Avstriyaya səfəri baş tutmaya da bilər. Primeinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətin II Qareginə “sürpriz” edə biləcəyi gözlənilir.
Ötən ilin dekabr ayında Azərbaycan dilində qarşılığı olan 33 xarici söz 14 televiziya kanalının aparıcıları tərəfindən ümumi olaraq 1366 dəfə istifadə olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb. Qeyd edilib ki, keçən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında olan 14 televiziya kanalının efiri süni zəka əsaslı proqram vasitəsilə monitorinq olunub.
Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir. Primeinfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tütün və tütün məmulatı haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir.