ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün vizaların verilməsini dayandırır. Primeinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Məlumata görə, bu ölkələr sırasında Somali, İran, Əfqanıstan, Braziliya, Nigeriya və Tailand kimi ölkələrlə yanaşı Rusiya da var.
Etirazların qəddarcasına yatırılmasına cavab olaraq İran diplomatlarına Avropa Parlamentinin binalarına giriş qadağan edilib. Primeinfo.az xəbər verir ki, “Politico”nun məlumatına görə, bu qərar İranda onilliklərdir davam edən dini hakimiyyətə son qoyulmasını tələb edən nümayişçilərə qarşı geniş yayılmış hökumət repressiyaları fonunda qəbul edilib. Avropa Parlamentinin prezidenti Roberta Metsola bazar ertəsi günü Avropa Parlamentinin üzvlərinə ünvanladığı məktubda qadağanı elan edib.
ABŞ Senatı müharibə səlahiyyətlərinə dair qətnaməni qəbul edib. Primeinfo.az xəbər verir ki, qətnamə layihəsində Prezidentin ABŞ Silahlı Qüvvələrindən Konqresin icazəsi olmadan Venesuela daxilində və ya ona qarşı hərbi əməliyyatlarda istifadəsi qadağan olunur. Qətnamənin lehinə 52, əleyhinə 47 senator səs verib.
Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı Qadağan edilmiş maddələrlə bağlı dəyişikliklər 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib. Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Primeinfo.az-a verilən məlumata görə, siyahı üç hissədən – hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar, müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir. 2026-cı il üçün açıqlanan Qadağan edilmiş maddələrin siyahısı AMADA tərəfindən Azərbaycan dilinə tərcümə olunub.
Nyu-Yorkda sosial media platformalarına psixi sağlamlıqla bağlı xəbərdarlıq etiketləri tələb olunacaq. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Nyu-York ştatında qəbul edilən yeni qanuna əsasən, avtomatik oynatma və alqoritmik lentlər kimi xüsusiyyətlərə malik sosial media platformaları gənc istifadəçilərin psixi sağlamlığına potensial zərəri barədə xəbərdarlıq etiketləri təqdim etməlidir.
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur.
Qazaxıstan Parlamenti kütləvi informasiya vasitələrində və internetdə “LGBT təbliğatı”nın qadağan olunmasını nəzərdə tutan qanunu yekdilliklə qəbul edib. Primeinfo.az bu barədə yerli mətbuata istinadən xəbər verir. Yeni qanuna əsasən, bu qadağanı pozan şəxslər 40 minimal hesablanmış göstərici məbləğində (2025-ci il üçün təxminən 157 min tenge (təqribən 500 manat) cərimə ediləcək, təkrar hal baş verərsə, 10 sutkayadək inzibati həbs nəzərdə tutulur.
Yaponiya hökuməti qadınlara qarşı zorakılıq və təqib hallarının qarşısını almaq məqsədilə “Bluetooth” texnologiyasının istifadəsinə məhdudiyyətlər tətbiq edib. Primeinfo.az xəbər verir ki, yeni qanun layihəsinə əsasən, polis orqanları artıq potensial qurbanın şikayəti olmadan da müdaxilə edə biləcək. Qanun layihəsi dekabr ayında parlamentdə müzakirəyə çıxarılacaq və yanvarın əvvəlindən qüvvəyə minməsi gözlənilir.
Gürcüstanda dövlət qulluqçularının bir neçə yerdə işləməsinə qadağa tətbiq edilib. Primeinfo.az xəbər verir ki, Gürcüstanda dövlət xərclərinin optimallaşdırılması məqsədilə hazırlanmış yeni qanun bu gündən qüvvəyə minib. Qanuna əsasən, dövlət sektoru əməkdaşlarının eyni vaxtda bir neçə dövlət qurumunda tam iş günü əsaslı işləmələrinə qadağa qoyulub.