Xəbər axtarın

Son axtarış nəticələri:

Tokayev Qazaxıstan ordusunun Xüsusi Əməliyyat Qüvvələrinə yeni komandan təyin edib

10.10.2026 11:15

Tokayev Qazaxıstan ordusunun Xüsusi Əməliyyat Qüvvələrinə yeni komandan təyin edib

Sayat İsanov Qazaxıstan Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin edilib.

Primeinfo.az “Akorda”ya istinadən xəbər verir ki, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

“Dövlət başçısının sərəncamı ilə İsanov Sayat Serikkazıyeviç Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin edilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayından 2026-cı il sentyabrın 27-nə qədər bu vəzifəni hazırda Qazaxıstanın müdafiə naziri olan Aydos Mırzaxmetov tutub.

Paylaş: