
ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində azı 9 nəfərin ölümü ilə nəticələnən dəhşətli atışma baş verib.
Primeinfo.az xəbər verir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma barədə daxil olan həyəcan siqnalından sonra yerli vaxtla saat 17:00 radələrində hadisə yerinə gəliblər.
Şübhəlinin evinin yaxınlığında iki qadının meyiti aşkar edilib. Evin daxilində isə daha bir neçə nəfərin, o cümlədən iki uşağın cansız bədəni tapılıb.
Məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları evə daxil olanadək özünü öldürüb.
Polis hazırda ictimai təhlükəsizlik üçün hər hansı təhdidin qalmadığını və faktla bağlı genişmiqyaslı araşdırmaya başlanıldığını bildirib. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.