
Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları yaxın həftələrdə ikitərəfli münasibətlərdəki gərginlik yaradan məsələlərin (“qıcıqlandırıcı amillərin”) aradan qaldırılması üzrə növbəti görüşü keçirməyi planlaşdırır.
Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib.
Görüşün nə vaxt keçiriləcəyi ilə bağlı sualı cavablandıran rusiyalı yüksək rütbəli diplomat “Yaxın həftələrdə planlaşdırılır”,-deyə cavab verib.
Ryabkovun sözlərinə görə, bu formatda keçirilən təmaslar artıq müəyyən dərəcədə müntəzəm xarakter alıb: “Biz hesab edirik ki, bu cür görüşlər faydalıdır. Başqa məsələdir ki, məzmun baxımından irəliləyiş tempi arzulandığından və gözləniləndən daha aşağıdır. Bununla belə, biz bu dialoqdan imtina etmirik və gələcəkdə də irəliləməyə davam edəcəyik”.