Xəbər axtarın

Son axtarış nəticələri:

Salyanda avtomobillər toqquşdu: Ana və azyaşlı övladları xəsarət aldılar

20.09.2026 21:15

Salyanda avtomobillər toqquşdu: Ana və azyaşlı övladları xəsarət aldılar

Salyanda yol-nəqliyyat hadisəsi zamanı bir ailənin üç üzvü xəsarət alıb.

Primeinfo.az xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil digər avtomobillə toqquşub.

Qəza nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Vəfa Maksim qızı Şahbazova, onun övladları, 2025-ci il təvəllüdlü oğlu və 2026-cı il təvəllüdlü qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: