Xəbər axtarın

Son axtarış nəticələri:

Zelenskinin müşavirindən XƏBƏRDARLIQ: DƏQİQ ZƏRBƏLƏR vurulacaq

19.09.2026 17:45

Zelenskinin müşavirindən XƏBƏRDARLIQ: DƏQİQ ZƏRBƏLƏR vurulacaq

Rusiya Federasiyası Ukrayna ərazisinin dərinliklərinə endirdiyi raket və dron zərbələrinin dəqiqliyini kəskin şəkildə artırmaq imkanı əldə edə bilər.

Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın PUA-lar üzrə aparıcı eksperti və Prezident Volodimir Zelenskinin müşaviri Sergey “Fleş” Beskrestnov xəbərdarlıq edib. Onun sözlərinə görə, bu artım peyk rabitəsindən istifadə etməyən ən yeni naviqasiya texnologiyası hesabına baş tutacaq.

Beskrestnov bildirib ki, düşmən GPS siqnallarına ehtiyac duymadan dron və raketlərin hədəfə yönəldilməsini təmin edən “Ariadna” radiomayak naviqasiya sistemini istismara verməyə hazırlaşır.

“2025-ci ilin dekabrında qarşı tərəf “Ariadna” mayakları ilə naviqasiya texnologiyası haqqında məlumat vermişdi. Bu layihə dayandırılmadı, bütün bu müddət ərzində inkişaf etdirildi. İndi düşmən bu sistemi həm “Şahed” PUA-larına, həm də idarəolunan aviasiya bombalarına (KAB) və raketlərə quraşdırmaq variantlarını nəzərdən keçirir. Sistem onlara bizim ərazimizin 100 kilometrədək dərinliyində tam dəqiq səmt götürmək imkanı verəcək. Bu isə faktiki olaraq Ukraynanın nəhəng bir hissəsini yüksək dəqiqliklə vurmaq imkanı deməkdir”, — deyə Beskrestnov vurğulayıb.

Paylaş: