Xəbər axtarın

Son axtarış nəticələri:

Mənimsəmədə ittiham olunan keçmiş hərbi vəzifəli şəxslərin məhkəməsi başlayıb

18.09.2026 13:26

Mənimsəmədə ittiham olunan keçmiş hərbi vəzifəli şəxslərin məhkəməsi başlayıb

Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin İşlər İdarəsinin keçmiş rəisi polkovnik Elnur Süleymanov, Emin Əliyev, Məsud İbrahimov və Pərviz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah edilib.

Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 2 oktyabra təyin edilib.

Təqsirləndirilən şəxslər dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş: