
Noyabrın 18-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, 108-i borclu şəxs olmaqla, axtarışda olan 127 nəfər saxlanılıb.
Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Eyni zamanda narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib. Ümumi çəkisi 21,9 kiloqram olan narkotik vasitə aşkar olunaraq götürülüb. Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 tüfəng, 1 patron darağı və 25 ədəd patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
Xəbəri sosial şəbəkələrdə paylaşın