
Almaniyanın xarici işlər naziri Yohan Vadeful İran rəhbərliyini danışıqlara vahid mövqe ilə gəlməyə və razılaşma üçün real iradə göstərməyə çağırıb.
Primeinfo.az xəbər verir ki, bu barədə o, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Almaniyalı nazirin fikrincə, hərbi eskalasiya çıxış yolu deyil. Onun sözlərinə görə, İrandakı rəhbərlik təcili şəkildə danışıqlarda özlərinin birləşmiş mənafelərini bildirməlidir. Almaniya bu mövqeyi İstanbulda da ifadə edib və Berlində bir daha səsləndirmək niyyətindədir.
Yohan Vadeful tək İranın deyil, bütün regionun, o cümlədən Xəzər dənizi hövzəsi, Körfəz ölkələrinin yeni hərbi eskalasiyadan qorunmasının vacibliyini vurğulayıb.