Xəbər axtarın

Son axtarış nəticələri:

"Eternity-2026" təliminin iştirakçıları Zəfər Parkında - FOTO

18.11.2026 11:25

"Eternity-2026" təliminin iştirakçıları Zəfər Parkında - FOTO
“Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin iştirakçıları Bakı şəhərində Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər Parkını ziyarət ediblər.

Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, gəzinti zamanı qonaqlar Azərbaycan Ordusunun 44 günlük döyüş yolu və parkın memarlıq xüsusiyyətləri ilə yaxından tanış olublar.

Bununla yanaşı, ziyarətçilərə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

"Eternity-2026" təliminin iştirakçıları Zəfər Parkında - FOTO "Eternity-2026" təliminin iştirakçıları Zəfər Parkında - FOTO "Eternity-2026" təliminin iştirakçıları Zəfər Parkında - FOTO

Paylaş: