Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda tanınmış vəkil SAXLANILDI

19.11.2026 10:58

Azərbaycanda tanınmış vəkil SAXLANILDI

“Alyans” Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli saxlanılıb.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, O.Kəngərli polis əməkdaşları tərəfindən tutulub.

İlkin məlumata görə, vəkil qanunsuz narkotik dövriyyəsində ittiham olunur.

Saytın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə 5 nəfər tutulub. Əməliyyat zamanı onlardan xeyli miqdarda güclü təsiredici psixotrop maddələr aşkarlanıb.

Saxlanılan şəxslərdən biri Azərbaycan Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil Bürosunun vəkili Orxan Kəngərlidir. Faktla bağlı Cinayət Məcəlləsinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanılıb.

Onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün bu gün məhkəməyə çıxarılacağı gözlənilir.

 

Paylaş: