Xəbər axtarın

Son axtarış nəticələri:

Tural Abbaslı: “AzTV deyir ki, qiymət artımı yaxşıdır” – VİDEO

18.11.2026 17:19

Tural Abbaslı: “AzTV deyir ki, qiymət artımı yaxşıdır” – VİDEO
“Mən sevinirəm ki, deputatlar danışırlar, tənqid edirlər. Vaxt var idi, AzTV “Əhali qiymət artımını dəstəkləyir” başlıqlı reportaj verirdi. Şəhər sakinləri arasında sorğu keçirirdilər, onlar da deyirdilər ki, “bəli, biz dəstəkləyirik, qiymət artımı yaxşıdır”.

Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində AG Partiya başqanı Tural Abbaslı bildirib.

Jurnalist Aygün Muradxanlı isə onun bu fikrinə cavab olaraq Tarif Şurasının qiymət artımı ilə bağlı açıqlamasını misal çəkib: “Tarif Şurası deyir ki, qiymətləri tənzimlədik. Demir ki, qiymətləri artırmışıq”.

Qızğın müzakirənin davamı “Qırmızı masa”da:

Paylaş: