Xəbər axtarın

Son axtarış nəticələri:

Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ

19.11.2026 16:45

Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəzi şimal və qərb rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Paylaş: