Xəbər axtarın

Son axtarış nəticələri:

Mustafa Çiftçi: "Türkiyə, Gürcüstan və Azərbaycan cinayətkarlığa qarşı birgə mübarizəni müzakirə edəcək"

18.09.2026 11:47

Mustafa Çiftçi: "Türkiyə, Gürcüstan və Azərbaycan cinayətkarlığa qarşı birgə mübarizəni müzakirə edəcək"

Türkiyə, Gürcüstan və Azərbaycanın Daxili İşlər nazirlikləri (DİN) arasında cinayətkarlığa qarşı birgə mübarizə məsələlərinin müzakirəsi üçün üçtərəfli mexanizmin yaradılması planlaşdırılır.

Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi “TGRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, Gürcüstana son səfəri zamanı Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli mexanizmin yaradılması təklifini irəli sürüb.

“Yaxın günlərdə onu fəaliyyətə keçirəcəyik”, – nazir qeyd edib.

Xatırladaq ki, M. Çiftçi Gürcüstana səfəri çərçivəsində gürcüstanlı həmkarı ilə cinayətkarlığa qarşı birgə mübarizə məsələlərini müzakirə edib.

Paylaş: