“Türkiyənin Kahramanmaraş vilayətində “Azərbaycan məhəlləsi”nin inşası ilə bağlı ölkəmizin əsas icraçı qurumu olan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası binasının, eyni zamanda ümumilikdə 26 binadan ibarət 4 yaşayış məntəqəsinin tikintisi tam başa çatdırılıb”. Primeinfo.az xəbər verir ki, bunu MİDA-nın aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında deyib. “Hazırda da tərəfimizdən mədəniyyət mərkəzinin tikintisi davam etdirilir”, – deyə o əlavə edib.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən bu günə kimi 11 güzəştli mənzil layihəsi tamamlanıb və artıq 12 minə yaxın ailə mənzillə təmin olunub. Primeinfo.az xəbər verir ki, bu sözləri MİDA-nın aparat rəhbəri Cəmşid Əmirov Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışı prosesinin müşahidə edilməsi çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, agentliyin fəaliyyəti təkcə Bakı şəhərini əhatə etmir.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin növbəti satışı başlayıb. Primeinfo.az xəbər verir ki, mənzillərin satışı bu gün – sentyabrın 4-də saat 11:00-dan etibarən həyata keçirilir. Satış elanına Lənkəran və Şirvan şəhərlərində yerləşən yaşayış komplekslərindəki mənzillər daxildir.
“Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib.