
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən bu günə kimi 11 güzəştli mənzil layihəsi tamamlanıb və artıq 12 minə yaxın ailə mənzillə təmin olunub.
Primeinfo.az xəbər verir ki, bu sözləri MİDA-nın aparat rəhbəri Cəmşid Əmirov Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışı prosesinin müşahidə edilməsi çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, agentliyin fəaliyyəti təkcə Bakı şəhərini əhatə etmir.
“Paytaxtın Hövsan qəsəbəsində, Abşeron rayonunun Saray qəsəbəsində və Naxçıvan şəhərində də layihələr reallaşdırılıb”, – deyə o diqqətə çatdırıb.