
Xəbər verdiyimiz kimi, Türkiyədə tanınmış aktyor Aras Bulut İynemli və “Sefo” kimi tanınan repçi və digərləri Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı başladılan qadağan olunmuş maddə istintaqı çərçivəsində nəzarətə alınıblar.
Primeinfo.az xəbər verir ki, Türkiyəli aktrisa Afra Saraçoğlu saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirib.
“Bu gün mətbuatda əks olunan və bir çox həmkarımla birlikdə adımın da çəkildiyi xəbərləri xaricdə olarkən öyrəndim. Çox əvvəldən planlaşdırılan iş səfərimlə əlaqədar hazırda Türkiyədə deyiləm.
Ədalətin öz yerini tapması və prosesin doğru şəkildə irəliləməsi üçün ən qısa zamanda ölkəmə qayıdaraq, hüquq-mühafizə orqanlarımıza ifadə verəcəyəm. Ürəyim rahatdır, hər şeyin aydınlığa qovuşacağına inamım tamdır” – Afra qeyd edib.
