
“O bahalı restoranlar var e, ultra bahalı. Məsələn, 1 stəkan su 55 manata olur. Bilirsiniz orada qiymət niyə elə bahadır? Əli, Vəli, Tural ora gəlib girə bilməsin, məmurlar rahat otursunlar”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində AG Partiya başqanı Tural Abbaslı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bahalı məkanlarda kasıb insanları görmək istəmirlər:
“Məmur əslində 55 manatı suya vermir. Turalı, kasıbları orada görməmək üçün verir. Biz onlar üçün qara-qura adamlarıq”.
Maraqlı diskussiyanın davamı “Qırmızı masa”da: