Xəbər axtarın

Son axtarış nəticələri:

Tanınmış reperin 72 mindən çox kommunal borcu var - Məhkəmə QƏRARI

15.09.2026 19:04

Tanınmış reperin 72 mindən çox kommunal borcu var - Məhkəmə QƏRARI
Rusiya məhkəməsi Azərbaycan əsilli tanınmış reper “Navai”nin (Nəvai Bəkirov) qaz, istilik və elektrik enerjisi üzrə yaranmış 72 min rubldan (təxminən 1450 AZN) artıq məbləğdə borcunun məcburi qaydada tutulması barədə qərar çıxarıb.

Primeinfo.az xəbər verir ki, bu barədə TASS məhkəmə materiallarına istinadən məlumat yayıb.

Bildirilir ki, qaz, istilik və elektrik enerjisi üzrə borcun tutulmasına dair icraat işi sentyabrın 1-də açılıb. Məlumata görə, məhkəməyə müraciət edən “Odintsovo istilik şəbəkəsi”nin iddiası təmin edilib.

Qeyd edək ki, N.Bəkirov “HammAli & Navai” duetinin üzvü kimi tanınır.

Paylaş: