Xəbər axtarın

Son axtarış nəticələri:

Ziya Bünyadov prospektində avtobus zolağının müddəti 1 saat uzadılıb

18.09.2026 18:30

Ziya Bünyadov prospektində avtobus zolağının müddəti 1 saat uzadılıb

Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində (“20 Yanvar” metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədəolma müddəti axşam saatlarında 1 saat artırılıb.

Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd edilib ki, bununla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədəolma vaxtını göstərən yol nişanında dəyişiklik edilib. Əvvəl xüsusi hərəkət zolağının qüvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00 aralığındadır.

Sürücülərə dəyişikliyi nəzərə alaraq diqqətli olmaları tövsiyə olunur.

Paylaş: