Xəbər axtarın

Son axtarış nəticələri:

Ruhi Ərsoy: "Azərbaycanın zəfəri Türk dünyasının qürurudur" - FOTO

04.11.2026 12:16

Ruhi Ərsoy: "Azərbaycanın zəfəri Türk dünyasının qürurudur" - FOTO

“Qarabağda ucalan Azərbaycan bayrağı türk millətinin əsrlərə söykənən iradəsinin, Vətən sevgisinin və müstəqillik amalının rəmzidir” .

Primeinfo.az xəbər verir ki, bu sözləri türkiyəli siyasətçi, Milliyətçi Hərəkat Partiyasının (MHP) genəl başqanının müavini Ruhi Ərsoy sosial şəbəkə hesabında bildirib.

O, 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak etdiyini vurğulayıb.

“Şuşadan Xankəndiyə uzanan bu şanlı zəfər Azərbaycan türklərinin qəhrəmanlığı ilə yazılaraq Türk dünyasının qəlbində böyük qürur və sevinc hissi yaradıb.

Azərbaycanın zəfəri Türk dünyasının qürurudur.

Qarabağ Zəfərinin 6-cı ildönümü mübarək olsun!

Bir millət, iki dövlət – eyni tarix, eyni amal, eyni ürək!

Qarabağ Azərbaycandır!”, – deyə Ruhi Ərsoy qeyd edib.

Ruhi Ərsoy: "Azərbaycanın zəfəri Türk dünyasının qürurudur" - FOTO

Ruhi Ərsoy: "Azərbaycanın zəfəri Türk dünyasının qürurudur" - FOTO Ruhi Ərsoy: "Azərbaycanın zəfəri Türk dünyasının qürurudur" - FOTO

Paylaş: