Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: həbs

Məktəb şüşələrini sındıran şəxs HƏBS edildi - FOTO

Məktəb şüşələrini sındıran şəxs HƏBS edildi - FOTO

Abşeron rayonunun Xırdalan şəhərində gecə saatlarında orta məktəblərdən birinin şüşələri daş parçaları ilə sındırılıb. Primeinfo.az xəbər verir ki, polis xuliqanlıq hərəkətlərini törətməkdə şübhəli bilinən Bəxtiyar Muradovu saxlayaraq həbs edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qazaxıstanda tutulan azərbaycanlı reper barədə HƏBS qərarı

Qazaxıstanda tutulan azərbaycanlı reper barədə HƏBS qərarı

Tanınmış azərbaycanəsilli Rusiya repçisi Navai (əsl adı – Nəvai Bəhmən oğlu Bəkirov) iki ay müddətinə həbs edilib. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb. Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?

Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - FOTO

Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - FOTO

Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən daha bir tiktoker həbs olunub. Primeinfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, Məhəmməd Hüseyn oğlu Nəsibov “TikTok” sosial şəbəkəsindəki “7_muxammed_7” adlı hesabında canlı yayım zamanı digər bloqerlərlə söhbət edərkən nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.

Naxçıvanda dələduzluqda ittiham olunan idmançı HƏBS EDİLİB

Naxçıvanda dələduzluqda ittiham olunan idmançı HƏBS EDİLİB

Naxçıvanlı dələduzluqla bağlı saxlanılan idmançı Əmrah Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib. Primeinfo.az-ın xəbərinə görə, Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, naxçıvanlı atlet Əmrah Nağıyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Naxçıvanda tanınmış atlet HƏBS edildi

Naxçıvanda tanınmış atlet HƏBS edildi

Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, keçirilən tədbirlərlə bir neçə şəxsə onların övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edərək aldadan Əmrah Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun müxtəlif vətəndaşları eyni üsulla aldadaraq onlardan ümumilikdə 10 min manata yaxın pul vəsaiti aldığı müəyyən edilib.

Bakıda marketdə qadını döyən şəxs HƏBS EDİLİB

Bakıda marketdə qadını döyən şəxs HƏBS EDİLİB

Paytaxtın Nəsimi rayonunda yerləşən marketlərdən birində qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Primeinfo.az xəbər verir ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibati qaydada həbs olunub.

TƏCİLİ: DTX-dən 5 ölkədə antiterror ƏMƏLİYYATI: 10 nəfər tutuldu - VİDEO

TƏCİLİ: DTX-dən 5 ölkədə antiterror ƏMƏLİYYATI: 10 nəfər tutuldu - VİDEO

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı AR və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib. Bu barədə Primeinfo.az-a DTX-dan məlumat verilib.