Yardımlı İcra Hakimiyyətində ƏMƏLİYYAT: 2 vəzifəli şəxs həbs olundu
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Polisin kibercinayətkarlığa qarşı keçirdiyi ən böyük əməliyyatların birində həbs edilən Bahadır Qasımov ev dustaqlığına buraxılıb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar qəbul edib. Bahadır Qasımovun vəkilləri bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən müvəkkillərinin həbsdən azad edilməsinə çalışırdılar.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Tağıyev Ənvər Həsən oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaq çərçivəsində yeni əməliyyat keçirilib. Aralarında İBB-nin Satınalma İdarəsinin rəhbəri və şəhər yeməkxanalarından (Kent Lokantaları) cavabdeh şöbə müdiri də olmaqla, 13 şübhəli barəsində saxlanılma qərarı verilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı İstanbul Respublika Baş Prokurorluğundan açıqlama verilib.
Azərbaycanın ən böyük turizm şirkətlərindən biri olan “Flyblast”ın rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib. Primeinfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkət rəhbərinin həbsinə səbəb Azərbaycan Respublikası tərəfindən axtarışa verilməsidir. R.Abdullayev şirkətə müraciət edən müştərilərin 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Bir neçə ağır cinayətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yeni ittiham elan olunub. Primeinfo.az xəbər verir ki, Gününsesi.info-nun əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev bu dəfə rüşvət almaqda ittiham olunur. Məlumata əsasən, keçmiş Prezident Administrasiyası rəhbərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci – rüşvət alma maddəsi ilə yeni ittiham irəli sürülüb.
Bu kateqoriyaya insanların həbs edilməsi, saxlanılması və oğurlanması halları daxildir.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.
Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloqer hava limanında saxlanılıb. Primeinfo.az “Unikal”a istinadən xəbər verir ki, Məmmədova Lalə İlham qızı məhkəmə qarşısına çıxarılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək. Bu barədə Primeinfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əlicanlı Nahid Rasim oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.