Xəbər axtarın

Son axtarış nəticələri:

İstanbul bələdiyyəsinə qarşı yeni əməliyyat: 12 şübhəli SAXLANILDI

03.09.2026 12:23

İstanbul bələdiyyəsinə qarşı yeni əməliyyat: 12 şübhəli SAXLANILDI

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaq çərçivəsində yeni əməliyyat keçirilib. Aralarında İBB-nin Satınalma İdarəsinin rəhbəri və şəhər yeməkxanalarından (Kent Lokantaları) cavabdeh şöbə müdiri də olmaqla, 13 şübhəli barəsində saxlanılma qərarı verilib.

Primeinfo.az xəbər verir ki, bununla bağlı İstanbul Respublika Baş Prokurorluğundan açıqlama verilib.

Məlumata görə, İBB-nin keçirdiyi bəzi tenderlərdə, o cümlədən bələdiyyə sədrinin iqamətgahı üçün materialların alınması ilə bağlı tenderdə qanun pozuntularına yol verildiyi və dövlətə zərər vurulduğu müəyyən edilib.

Əməliyyat zamanı 12 şübhəli saxlanılıb. Xaricdə olduğu bildirilən bir nəfərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Paylaş: