Batumi hava limanında “Beşiktaş” və “Hapoel” azarkeşləri arasında insident baş verib - VİDEO
Gürcüstanın Batumi hava limanında İsrailin “Hapoel Beer-Şeva” və Türkiyənin “Beşiktaş” futbol klublarının azarkeşləri arasında insident baş verib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstan polisi kütləvi qarşıdurmanın qarşısını almaq üçün azarkeşləri ayırıb. Yayılan görüntülərə görə, türkiyəli azarkeşlər İsrail əleyhinə şüarlar səsləndirib, israilli azarkeşlər İsrail bayrağı qaldırıblar.